Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96946
az

Tatarıstan rəhbəri Kadırovun oğlunu mükafatlandırıb

21:4424 Oktyabr, 2023
77
  • A

Tatarıstan prezidenti Rüstəm Minnixanov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun oğlu Adam Kadırovu şəxsən “Duslık” ordeni ilə təltif edib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Dövlət Dumasının deputatı Adam Delimxanov Telegram kanalında məlumat verib.

 

Millət vəkili 15 yaşlı qardaşı oğlunu mükafatı münasibətilə təbrik edib. Onun sözlərinə görə, kiçik Kadırov bu ordenlə “millətlərarası və konfessiyalararası sülhün və harmoniyanın möhkəmləndirilməsinə verdiyi mühüm töhfəyə görə” layiq görülüb.

 

“Əlbəttə, bu yüksək mükafat bizim əziz qardaşımız oğlunun qeyri-adi qabiliyyətinin və parlaq istedadının növbəti təsdiqidir”, - deyə deputat yazıb.

 

Oktyabrın 19-da Tatarıstan Dövlət Şurasının deputatı Azat Xamaev əvvəllər Quranı yandıran Nikita Juraveli döyən Adam Kadırova Çeçenistan Qəhrəmanı adının verilməsi barədə narazılıqla danışıb.

 

Oktyabrın 6-da Delimxanov Çeçenistan rəhbərinin oğlunun Respublika Qəhrəmanı adına layiq görüldüyünü açıqlayıb. Millət vəkili Adəm Kadırovu “böyük məmnuniyyətlə” təbrik edib və onun müsəlmanların əsas kitabını əzbər bildiyini qeyd edib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın baş naziri etirazları dəstəkləyən Avropa Şurasının rəhbərinə cavab verib
Şoyqu Şimal Hərbi Dairəsinin fərqlənən iştirakçılarına medallar təqdim edib
Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil