Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107783
az

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

11:4403 May, 2024
2339
MARAQLI
  • A

Yerdəki maqnit qasırğasının gücü son saatlarda xeyli artaraq “G3” səviyyəsinə çatıb.

Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun kosmik hava monitorinqi mərkəzi məlumat yayıb.

Hazırda planet yüksək səviyyəli Günəş partlayışlarından sonra beş göstəricidən ibarət monitorinq şkalası üzrə “güclü” mənasını verən “G3” səviyyəli maqnit qasırğası yaşayır.

Qeyd edək ki, bu hadisə xüsusi risk qrupundan olan xəstə insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stress və depressiya tipli hallar meydana gətirə bilər.

Eyni zamanda kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.

 

***

Günəşdə bir neçə oblastda baş verən M sinif M 1.0 və M 2.7 alışmaları səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb. Lakin Yerə yönələn tac kütlə atımaları müşahidə ediməyib.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Oxu24.com-a verilən məlumata görə, Günəş aktivliyi M (R1-R2 mülayim orta) və müəyyən ehtimalla X (R3-güclü) səviyyədə olacaq.

Qeyd olunub ki, 03-05 may tarixlərində aktivlik səviyyəsi azalacaq: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir. G2 geomaqnit qasırğa səviyyəsində olan geomaqnit sahəsindəki artım günortaya, saat 15.00 radələrinə kimi davam edəcək, qasırğa səviyyəsi G1 səviyyəsinə və daha sonra normal hala enəcək. Saat 15.00-dan sonra maqnit qasırğa aktivliyini göstərən əmsal normal fon səviyyəsində olacaq".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...
04.04.2024 - Aprelin güzgü TARİXİ: Bu bürclərin həyatını kökündən dəyişdirəcək
Fotoda  gizlənən timsahı kim görür?  —  İQ TESTİ

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü