İranın Semnan əyalətində şaxtada baş verən partlayış nəticəsində 6 nəfər yerin altında qalıb.
Oxu24.com xəbər verir ki,bu barədə sentyabrın 4-ü səhər yerli Fars xəbər agentliyi Respublikanın Qızıl Aypara Cəmiyyətinin məlumatlarına istinadən məlumat yayıb.
Məqalədə deyilir: “Gecə saatlarında Damgan şəhərindəki “Təzrə” mədənində partlayış olub.
Agentliyin məlumatına görə, hazırda fövqəladə hallar xidməti hadisə yerində işləyir. Xilasedicilər zərərçəkmişlərə lazımi yardım göstərir və dağıntılar altından mədən işləri ilə məşğul olan 6 nəfəri çıxarmağa çalışırlar.
Avqustun 31-də Kemerovo vilayətinin Leninsk-Kuznetsk şəhərində yerləşən "Oktyabrskaya" mədənində güclü yanğın baş verib. Yanğın səthdə olan metal konstruksiyada baş verib. Eyni zamanda mədənə tüstü daxil olub və bu da işçiləri təxliyyə etməyə məcbur edib. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildirilib ki, yanğın baş verən zaman tunellərdə 81 nəfər olub.
Avqustun 27-də Qazaxıstanın “ArcelorMittal Temirtau” mədənini alov bürüdü. Orda.kz internet portalının materialında qeyd olunub ki, obyektin ərazisində yanğın on gündə ikinci dəfə baş verib.
Müəllif:Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR