Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94044
az

Tələbəni öldürən şəxs tutuldu

20:2419 Avqust, 2023
63
DÜNYA
  • A

Cinayət Axtarış İdarəsi və İstintaq Komitəsinin əməkdaşları Rusiyanın Yekaterinburq şəhərində  Qabondan olan UrFU aspirantını bıçaqlayaraq öldürən qatili saxlayıblar.

 

Oxu24.com xəbər verir  ki,bu barədə mənbəyə istinadən KP-Yekaterinburq məlumat yayıb.

 

Bundan əvvəl bildirilmişdi ki, avqustun 18-nə keçən gecə Qabondan Rusiyaya gələn UrFU-nun 32 yaşlı aspirantı Yekaterinburqda bıçaqlanaraq öldürülüb.

Məlum olub ki,  mərhum Malışev küçəsində yerləşən fastfud restoranında bir qızın yanında oturaraq onunla spirtli içki qəbul edib. Sonra afrikalı ilə  münaqişə yaşanıb  və bu zaman o  bıçaqlanıb. Tələbə  aldığı yaradan dünyasını dəyişib.

“Cinayət dava zamanı törədilib”, – nəşrin mənbəsi bildirib.

Sonradan mərhumun adı məlum oldu - Fransua Ndjelassili. UrFU-da aspirant elmi işlə məşğul olub və universitetin futbol komandasında çıxış edib.

Faktla bağlı adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Cinayətkarı 15 ilə qədər həbs gözləyir. 

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var
İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı