Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92933
az

ABŞ PUA-sı Polşada meşəlik əraziyə düşüb

18:0121 İyul, 2023
89
DÜNYA
  • A

ABŞ hərbi pilotsuz uçan aparatı Polşada meşəlik əraziyə düşüb.

 

 

Oxu24.com xəbər verir ki, Polşa Müdafiə Nazirliyi ABŞ hərbi pilotsuz təyyarəsinin ölkənin cənub-qərbində meşəlik əraziyə düşdüyünü açıqlayıb.

 

Polşa Müdafiə Nazirliyinin dünən günorta saatlarında baş verən insidentlə bağlı açıqlamasında, təlim zamanı pilotsuz təyyarə ilə əlaqənin kəsildiyi bildirilib.

 

Pilotsuz təyyarənin meşəlik əraziyə düşdüyü bildirilən açıqlamada hadisədə xəsarət alan və dağıntı olmadığı açıqlanıb.

 

Şahid Polşa mətbuatına bildirib ki, ölkənin cənub-qərbində Trzebien kəndi yaxınlığındakı meşəlik ərazidə bir obyektin yıxıldığını gördükdən sonra yanğınsöndürmə briqadasına məlumat verib.

 

Pilotsuz təyyarə qəzaya uğradıqdan sonra heç bir partlayış baş verməyib

 

Polşa Xəbər Agentliyinə (PAP) danışan yanğınsöndürənlərin sözçüsü Piotr Pilarczyk bildirib ki, ordu yanğınsöndürmə briqadasından əvvəl hadisə yerinə gəlib.

 

Pilarçik qeyd edib ki, qanadının eni təxminən 8 metr olan pilotsuz uçuş aparatının düşməsindən sonra heç bir partlayış baş verməyib.

 

Associated Press-ə göndərdiyi elektron poçtda Müdafiə Nazirliyi pilotsuz təyyarənin ABŞ tərəfindən yığıldığını bildirdi.

 

Məlumdur ki, Polşanın müxtəlif bölgələrində 10500-ə yaxın ABŞ hərbçisi var.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avropa İttifaqı Gürcüstanın üzvlük ərizəsini dondurmağa hazırlaşır
Serbiya Prezidentini hədələyən şəxs saxlanılıb
Ermənistanda eks-deputat həbs olundu

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı