Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9150
az

Dünya şöhrətli aşpazdan yeməkləri dadlı edən 9 MƏTBƏX SİRRİ - FOTO

00:0422 Yanvar, 2019
727
DÜNYA
  • A
Amerikada yayımlanan aşpaz yarışmalarında məşhurlaşan Qordon Ramsey 9 kulinariya sirini açıqlayıb.

Oxu24.com məşhur aşpazın yeməkləri daha dadlı edən sirləri ilə tanış edir.

1. Qordon Ramsey hesab edir ki, yaşıl reyhan və nanə kimi göyərtiləri xırda-xırda doğramaq doğru deyil, bu zaman onun ləzzəti qaça bilər. Yumşaq yarpaqları bir-birinin üstünə qoyub rulon halına gətirərək doğrayın. Beləliklə, onlar taxtaya yapışmaz və yeməklərinizdən nəfis qoxular gələr.

2. Dəyməmiş meyvələri bir ədəd bananla birlikdə kağız paketə qoyub bir bir müddət qaranlıq yerdə saxlayın. Kağızı açdığınız zaman meyvələr dəymiş vəziyyətdə olacaq.

3. Acı bibər doğradıqdan sonra barmaqlarda qalan acılığı limon suyu ilə aradan qaldırmaq mümkündür. Bu, həm acını yox edir, həm də dəriyə müsbət təsir edir.

4. Kivi və avokado kimi meyvələri soymaq üçün bıçağa ehtiyac yoxdur. Meyvəni iki yerə bölüb çay qaşığı ilə lətini qabığından ayırın.

5. Ananas çox faydalı meyvədir, ancaq yeməyə yararlı olub-olmadığını başa düşmək çox çətindir. Bunu üçün ananasın ən ortadakı yarpaqlarını yavaş-yavaş çıxarın. Əgər yarpaq asanlıqla qopursa, deməli, ananas tam yetişib.

6. Əgər kartof, alma, avokado kimi məhsulların yarısını istifadə etmisinizsə, qalan hissəsini limonlu suda saxlaya bilərsiniz. Limon turşusu qaralmasının qarşısını alacaq, su isə oksigenin qida ilə təmas etməsinin qarşısını alacaq.

7. Makaron bişirərkən bir-birinə yapışmaması üçün bir neçə damcı zeytun yağı əlavə edin. Makaronu süzdükdən sonra üzərinə soyuq su əlavə etməyi unutmayın.

8. Yumurtanın quru bişməməsi üçün tavanı oddan almazdan əvvəl yarım xörək qaşığı qaymaq əlavə edin.

9. Bifşteks bişirərkən ətin bişib-bişmədiyini sadə əl testi ilə yoxlaya bilərsiniz. Ətin sərtliyi əlin ətli hissəsi ilə eynidirsə, deməli, az bişib. Əlinizin alt hissəsinin sərtliyi orta səviyyəyə bərabərdirsə, yuxarı hissənin sərtliyi yaxşı bişmiş bifşteksə bərabərdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makron Fransanın Fələstini nə vaxt tanıyacağını AÇIQLADI
Şolz:
Pilot qəzaya uğrayan təyyarədən atladı: Sərnişinlər də sağ qaldı - FOTOLAR

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU