Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91139
az

Özbəkistan Rusiyadan  qaz alacaq

18:1719 İyun, 2023
46
DÜNYA
  • A

2023-cü il oktyabrın 1-dən Özbəkistan gündəlik 9 milyon kubmetr həcmində Rusiya qazı almağa başlayacaq, illik idxalın həcmi təxminən 2,8 milyard kubmetr olacaq.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Özbəkistanın Energetika Nazirliyi məlumat yayıb.

 

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iki il müddətinə qaz tədarükü haqqında sazişi Özbəkistanın energetika naziri Jurabek Mirzəmaxmudov və “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller imzalayıblar.

 

Özbəkistanın Energetika Nazirliyi bildirib ki, qazın qiyməti regiondakı bazar qiymətlərinə, həmçinin Özbəkistanda qazın qiymətinə və “bazar prinsipləri əsasında aparılması planlaşdırılan islahatlara” uyğun olaraq danışıqlar aparılacaq.

 

Sazişə əlavə olaraq, yol xəritəsi imzalanmışdır ki, bu da digər məsələlərlə yanaşı, 22 kilometr yeni magistral qaz kəmərlərinin çəkilişini, 56 kilometr qaz kəmərinin və qaz nasos avadanlığının təmirini nəzərdə tutur.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var
İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Zəlzələ belə baş verib - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı