Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90840
az

Putin Quranın yanıdırlmasından danışdı

12:2613 İyun, 2023
47
  • A

Rusiya prezidenti Vladimir Putin təkcə Quranın yandırılması ilə bağlı cinayət işinin təhqiqatının çeçen müstəntiqlərinə verilmədiyini, cinayətkarın da cəzasını çəkmək üçün müsəlman bölgələrindən birindəki koloniyaya göndəriləcəyini bildirib.

 

Oxu24.com xəbər  verir  ki, Putin bu haqda yerli mediaya müsahibəsində  danışıb.

 

“... Biz Çeçenistanın İstintaq Komitəsinə Quranın kütləvi şəkildə məhv edilməsi ilə bağlı cinayəti araşdırmağı tapşırdıq. Və o, ədliyyə nazirinin dediyi kimi, cəzasını Rusiya Federasiyasının əhalisinin əksəriyyəti müsəlman olan regionlarından birində yerləşən azadlıqdan məhrumetmə yerlərində çəkəcək”, - deyə Putin vurğulayıb.

 

Bundan əvvəl yerli sakin Nikita Juravel Volqoqraddakı Katedral məscidi yaxınlığında Quranı yandırdığına görə saxlanılıb.

 

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qərarı ilə İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi əlavə araşdırmalar üçün İstintaq Komitəsinin Çeçenistan Respublikası üzrə İstintaq İdarəsinə verilib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Slovakiyanın Baş naziri yenidən əməliyyat olunub
Putin: “Xarkovu ələ keçirmək planımız yoxdur”

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib