Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı Tehranı Ukrayna münaqişəsində Moskvaya dəstəyi dayandırmağa çağırıb.
Oxu24.com xəbər verir ki,bu barədə Yelisey sarayının iki liderin söhbətindən sonra verdiyi bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, Fransa prezidenti İran tərəfindən Rusiya tərəfinə davamlı olaraq pilotsuz təyyarələrin tədarükü ilə bağlı “nəticələrin ciddiliyinə diqqət çəkir”.
Makron "Tehranı Ukraynadakı münaqişədə Rusiyaya dəstəyi dərhal dayandırmağa çağırıb", - Yelisey Sarayı əlavə edib.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR