Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87681
az

Minlərlə isveçli NATO üzvlüyünə qarşı küçələrə çıxıb

22:2722 Aprel, 2023
84
DÜNYA
  • A

Ölkənin hər yerində minlərlə insanın iştirakı ilə İsveçin NATO-ya daxil olmasına qarşı nümayişlər keçirilir.

Oxu24.com xəbər verir  ki, Göteborqs-Posten qəzeti yazır ki, etirazlardan  biri Göteborq şəhərində baş verib.

Nəşrin məlumatına görə, mitinq iştirakçıları hökuməti tələsik qərarlardan çəkinməyə və krallığın neytrallığı və siyasi bloklardan azad olmağı nəzərdə tutan ənənəvi siyasətinə qayıtmağa çağırıblar.

Qeyd olunur ki, nümayişlər səbəbindən ictimai nəqliyyatın iki xəttinin fəaliyyətində nasazlıqlar yaranıb.

Finlandiya və İsveç 2022-ci ilin yayında NATO-ya üzv olmaq üçün müraciət ediblər. O vaxtdan bəri bloka üzv olan 30 ölkədən 28-i Nordic qəbul müqavilələrini ratifikasiya edib. Macarıstan və Türkiyə prosesi əngəlləyib. Daha sonra Macarıstan Helsinkinin müraciətini təsdiqlədi. Və bu il aprelin 1-də Finlandiyanın müraciəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ratifikasiya edilib. Aprelin 4-də ölkə rəsmi olaraq alyansa üzv olub.

Kreml bildirib ki, Rusiya Finlandiyanın alyansa daxil olmasına taktiki və strateji əks tədbirlər görərək cavab verəcək.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Harbinə getdi
“Kurtlar Vadisi”nin məşhur aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir - VİDEO
Qonşusunun cadusundan qorxdu, 27 il əsirlikdə yaşadı – İNANILMAZ OLAY

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi