Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87564
az

Rusiyada müsəlmanlar bayram namazı zamanı məscidlərə sığmayıb - FOTOLAR

12:3121 Aprel, 2023
257
DÜNYA
  • A

Rusiyada müsəlmanlar Fitr bayramı namazı zamanı məscidlərə sığmayıb

 

Rusiyanın paytaxtı Moskvada məscidlərə sığmayan minlərlə müsəlman Ramazan bayramı namazını küçələrdə qılıb.

Oxu24.com xəbər verir  ki,müsəlmanlar səhər saatlarından paytaxtdakı Abidə məscidi və Tarixi məscidə, xüsusən də Moskva Mərkəzi Məscidinə axışıb.

Moskva vilayətində 30-dan çox məntəqədə bayram namazı üçün xüsusi yer hazırlanıb.

Paytaxtdakı məscidlərdə namaz qılmaq istəyənlər ətrafdakı metro stansiyalarında və küçələrdə sıxlıq yaradıblar.

Məscidlərə sığmayan minlərlə nəfərlik camaat təhlükəsizlik səbəbilə nəqliyyatın hərəkətinə qapadılan metrlərlə küçələrə, xiyabanlara və parklara axıb.

Polisin təhlükəsizlik tədbirləri gördüyü küçələrdə müsəlmanlar uyğun gördükləri küçələrdə seccadelərinin üstündə dayanıblar.

Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsinin və Müftilər Şurasının prezidenti Ravil Qaynuddin Moskva Mərkəzi Məscidində xütbə oxuyub və bayram namazını imam edib.

Qaynuddin Rusiya prezidenti Vladimir Putinin, Rusiyanın baş naziri Mixail Mişustinin və Moskva meri Sergey Sobyaninin Rusiya müsəlmanlarına ünvanladığı təbriki camaata oxuyub.

Moskva Mərkəzi Məscidində qılınan bayram namazının və oxunan xütbənin səsyazısı az sonra “Rossiya-1” dövlət kanalında yayımlanıb.

Rusiya müsəlmanları da bayram namazını ölkənin digər şəhərlərində, xüsusilə Vladivostok, Ufa, Kazan və Qroznıda qılıblar.

 

Hazırladı: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan:
Ermənistanı QARIŞDIRACAQ AÇIQLAMA:
Gürcüstanın Baş naziri Türkiyəyə gedib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi