Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87388
az

Ukrayna ordusu son sutkada Rusiyanın 7 \"Şahed\" PUA-sını məhv edib

09:4319 Aprel, 2023
87
  • A

Ukrayna ordusu son sutkada Rusiyanın İran istehsalı olan 7 “Şahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Cəbhədəki son vəziyyəti açıqlayan qurumdan bildirilib ki, həmçinin Rusiyanın 2 “Orlan-10”, “Supercam” kəşfiyyat və 1 “Lanset” hücum PUA-sı vurulub.

Ukrayna Silahlı Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi 3 rayona, radioelektron döyüş stansiyasına və daha bir mühüm hərbi obyektinə zərbələr endirib: “Son sutka ərzində Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə ümumilikdə 58 raket zərbəsi endirib, dinc sakinlər arasında yaralananlar var. Ukraynanın bütün ərazisi boyunca növbəti raket hücumları ehtimalı yüksək olaraq qalır”.

Məlumata görə, son sutkada Ukrayna Müdafiə Qüvvələri düşmənin 60-dan çox hücumunu dəf edib: “Ən şiddətli döyüşlər Baxmut və Maryinka uğrunda gedir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Slovakiyanın Baş naziri yenidən əməliyyat olunub
Putin: “Xarkovu ələ keçirmək planımız yoxdur”

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib