Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86774
az

Hədəfimiz milli gəlirimizi 2 trilyon dollara çatdırmaqdır - Ərdoğan

17:1912 Aprel, 2023
528
DÜNYA
  • A

Hədəfimiz Türkiyənin milli gəlirini 2 trilyon dollara çatdırmaqdır.

OXU24.COM -un TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ankara İdman Salonunda keçirilən Ədalət və İnkişaf (AK Parti) Partiyasının Seçki Bəyannaməsi və Millət vəkili Namizədlərinin Təşviqi Toplantısındakı çıxışı zamanı deyib.

"Bu dövrdə 5,5 illik artım tempi ilə milli gəlirimizi 1,5 trilyon dollara, daha sonra isə 2 trilyon dollara yüksəldəcəyik",- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, Türkiyənin milli gəliri 2023-cü ildə ilk dəfə 1 trilyon dolları keçərək 1,029 trilyon dollara yüksəlib. Adambaşına düşən gəlir 11931 dollar səviyyəsindədir. 2024-cü ildə bu rəqəmin 1,087 trilyon dollara, adambaşına düşən gəlirin isə 12 min 460 dollara yüksələcəyi gözlənilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ələt limanı Mərkəzi Asiya ölkələri üçün tranzit rolunu oynayır - Yucin Si
Ən böyük qaz yatağı bağlanacaq
Rusiyada işçi çatışmazlığı görünməmiş həddə çatıb – RƏSMİ