Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86256
az

İranda qızlar məktəbində daha 20 şagird zəhərlənib

10:5805 Aprel, 2023
408
  • A
İranın Təbriz şəhərindəki qızlar məktəbində 20 şagird zəhərlənib. Oxu24.com xəbər verir ki, bu barədə İSNA məlumat yayıb. Məlumata görə, onlar tənəffüs çətinliyi və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya aparılıblar. Şagirdlərin nədən zəhərləndikləri açıqlanmır. Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və digər əlamətlər müşahidə olunur. İndiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib. İran Daxili İşlər Nazirliyi Tehran, Qum, Zəncan, Xuzistan, Həmədan, Fars, Gilan, Qərbi Azərbaycan, Şərqi Azərbaycandakı məktəblərdə 100-dən çox adamın kütləvi zəhərlənmə hadisələrində şübhəli bilindiyini açıqlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Harbinə getdi
“Kurtlar Vadisi”nin məşhur aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir - VİDEO
Qonşusunun cadusundan qorxdu, 27 il əsirlikdə yaşadı – İNANILMAZ OLAY

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi