“Çin hakimiyyəti Ukraynaya qarşı müharibə üçün Rusiyaya öldürücü silahların verilməsi imkanını nəzərdən keçirir. Lakin rəsmi Pekin hələlik yekun qərarını verməyib”.
Oxu24.com xəbər verir ki, bunu “CBS News” telekanalına müsahibəsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns deyib.
“Biz əminik ki, Çin rəhbərliyi öldürücü silahların (Rusiyaya - red.) verilməsi imkanlarını nəzərdən keçirir”, - Börns qeyd edib.
O vurğulayıb ki, Çin bu qərarı verməsə də, Cozef Bayden administrasiyası öz növbəsində rəsmi Pekini belə bir addımdan çəkindirməyə çalışır.
Nigar
Oxu24.com
ŞƏRHLƏR