Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82392
az

ABŞ-da Türkiyəyə görə matəm elan edildi

10:3011 Fevral, 2023
126
DÜNYA
  • A

“ABŞ-da türklərin ən sıx yaşadığı Nyu-Cersi ştatının Paterson vilayətində Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsinə ehtiram və türk xalqına həmrəylik əlaməti olaraq matəm elan olunub və bayraqlar yarıya endirilib”.

Paterson şəhərinin meri Andre Sayeq “Report”un ABŞ-bürosuna açıqlamasında deyib ki, bələdiyyə binasında Türkiyə və Suriyaya üçün ianələrin toplanması məqsədilə məntəqə yaradılıb:

“ABŞ höküməti, prezident Bayden ilk dəqiqələrdə öz dəstəyini açıqlayıb. Zəlzələ bölgəsinə göndəriləcək axtarış-xilasetmə qrupları hazır hala gətirilib. Dəhşətli fəlakətin baş verdiyi ilk gün mən Türkiyənin ABŞ-dakı səfiri və baş konsulu ilə əlaqə saxladım və onlara yardım üçün səfərbər olduğumuzu dedim.


Elə ilk gündən etibarən bələdiyyəmizin qapılarını Türkiyəyə və Suriyaya dəstək üçün açdıq. Ştatda iş sahiblərini, istər suriyalı, istərsə də türk olsun, hamısını səfərbər etmişik. Bizə kömək etmək üçün türk və ya suriyalı olmaq lazım deyil. Amerikalılarla yanaşı, Latın ölkələrindən, dominikan və meksikalı dostlarımızdan da dəstək alırıq. Biz humanitar səylərimizi bu qlobal böhrandan əziyyət çəkənlərə kömək məqsədi ilə ayırmışıq. Əgər hər hansı bir yerdə fəlakət varsa, bu fəlakət hər yerdə ola bilər”.

Şəhər meri deyib ki, Türkiyədə havanın soyuq olduğunu nəzərə alaraq daha çox qalın geyiblər toplanılır: “Həm böyüklər, həm də uşaqlar üçün qalın geyimlər toplayırıq. Biz insanların həyatını xilas etməyə kömək etmək istəyirik. Şənbə günü Patersonda növbəto açıq yardım aksiyasını keçirəcəyik. Bütün ştatda yaşayanlar Türkiyəyə və Suriyaya dəstəyə gələcəklər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə ordusu daha 15 terrorçunu zərərsizləşdirib
NATO Baş katibi Kiyevdə
Jerar Depardye Parisdə saxlanıldı