Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82088
az

Aİ-nin baş diplomatı Lavrova cavab verib

12:2008 Fevral, 2023
83
DÜNYA
  • A

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qərbin “Moldovanı anti-Rusiyaya çevirməyə çalışır” sözlərini şərh edib.

Oxu24.com -un Moldova mətbuatının məlumatına istinadən xəbərinə görə, bu barədə Borrell dünən Moldovanın baş naziri Natalya Qavrilitsa ilə birgə brifinqdə bildirib.

Moldova mətbuatı avropalı diplomatın sözlərini sitat gətirib: "Bir vaxtlar hörmətli diplomat olan cənab Lavrovun bu yola əl atması çox təəssüf doğurur. Bu bəyanatlar onu intellektual cəhətdən nüfuzdan salır. Onun dediklərində ciddi heç nə yoxdur".

Öz növbəsində Moldovanın baş naziri Natalya Qavrilitsa Lavrovun bəyanatlarını "narahatedici" adlandırıb və qeyd edib ki, rusiyalı diplomat Moldovanın "müstəqilliyini və ərazi bütövlüyünü nəzərə almır".

Daha əvvəl Rusiya mətbuatına müsahibəsində Lavrov bildirib ki, Qərb “yeni Ukrayna” rolu üçün Moldovanı nəzərdən keçirir, Moldova lideri Maia Sandu isə “NATO-ya tələsir” və ölkəsini Rumıniya ilə birləşdirməyə hazırdır.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinlə Si Cinpinin görüşü Trampı narahat edir
Rusiya
Mayın 26-da Gürcüstanın Müstəqillik Günündə parad olmayacaq

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib