Türkiyənin zəlzələ bölgəsində təhsil bir həftə müddətinə dayandırılıb, hava limanları bağlanıb.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.
Onun sözlərinə görə, Qaziantep və Kahramanmaraş şəhərlərinə uçuş dayandırılıb.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb.
Oxu24.com
ŞƏRHLƏR