Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80829
az

Putin sirli əməliyyata hazırlaşır  - DETALLAR

11:4418 Yanvar, 2023
125
  • A

Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı ilkin planları iflasa uğrayıb, lakin o, təslim olmaq fikrində deyil, münaqişənin axarını dəyişmək istəyir.

 

Oxu24.com  xəbər  verir  ki, Bu barədə Almaniyanın “Bild” nəşri Kremlin “gizli” planını ifşa edən ekspertlərə istinadən yazıb.

 

Nəşrin əldə etdiyi məlumatlara görə, Rusiya lideri indi ölkəsini, ordusunu və sənayesini təşəbbüsü döyüş meydanına qaytarmağa və Ukrayna Silahlı Qüvvələrinin payızda müşahidə olunan bir sıra əməliyyat uğurlarına son qoymağa hazırlayır.

 İddialara görə, Kremlin rəhbəri  öz məqsədlərinə çatmaq üçün növbəti altı ay ərzində bir sıra həlledici hücum və müdafiə əməliyyatları planlaşdırıb. Buna görə də Rusiya Federasiyasının əhəmiyyətli resursları məhz buna yönəlib.

Putin 2023-cü ilin yazında növbəti əks-hücum əməliyyatına başlamaq istəyən Ukrayna Silahlı Qüvvələrini tükəndirmək üçün RF Silahlı Qüvvələrinin genişmiqyaslı müdafiə əməliyyatı keçirməyə hazırlaşır.

Rusiya qoşunları Ukrayna ordusunu darmadağın edəcək, texnika və şəxsi heyəti sıradan çıxaracaq. Onlar Ukraynanın tükənmiş Silahlı Qüvvələrini darmadağın etmək və onları məğlub etməyə başlamaq üçün öz hücum hərəkətləri üçün zəmin hazırlayacaqlar.

Daha sonra Rusiya Silahlı Qüvvələri DNR və LNR-yə nəzarəti tamamilə ələ keçirmək, Kiyevin əlindən azad edilməsinə nail olmaq üçün Donbasda zərbələr endirəcək. Hərbi nöqteyi-nəzərdən bu vəzifəni yerinə yetirmək çətin görünsə də, cəlb olunan resursları və bu sahədə logistika imkanlarını nəzərə alsaq, kifayət qədər həyata keçirilə bilər.

Eyni zamanda, RF Silahlı Qüvvələrinin Şimaldan Ukraynaya qarşı təkrar hücumu çətin görünsə də, qeyri-mümkün deyil. 

Amma bu, Rusiyanın münaqişənin gedişatını öz xeyrinə çevirmək üçün sonuncu cəhdi kimi qəbul edilməməlidir. Plan baş tutmasa belə, Moskva Kiyevə qarşı uzun müddət mübarizə aparmağa hazırdır.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransızlar bu qərarı dəstəkləyir
Ermənistan  TikTok-u qadağan edə bilər
Tokayev naziri vəzifəsindən AZAD ETDİ