Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79980
az

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq - RƏSMİ

09:5903 Yanvar, 2023
85
DÜNYA
  • A

Türkiyə Ukrayna ilə bağlı daha bir  rəsmi  açıqlama verib.

Oxu24.com xəbər  verir   ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Kriter jurnalına bildirib ki, Türkiyə Ukrayna böhranının danışıqlar masası arxasında həlli üçün səylərini davam etdirəcək və bu məsələdə öz milli maraqlarını nəzərə alan siyasətə sadiq qalacaq.

"Qiyməti təkcə döyüşən tərəflər deyil, hamımız birlikdə ödəyirik. Buna əsaslanaraq, biz əvvəlki kimi, danışıqlar yolu ilə ədalətli sülhə nail olmaq üçün səylərimizi davam etdirəcəyik".


“Biz (müharibənin əvvəlindən) Ukraynanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşmaq və problemi diplomatiya yolu ilə həll etmək, onun nəzarətdən çıxmasının qarşısını almaq siyasətinə sadiqik. Geniş miqyaslı dəstək verməklə yanaşı  Ukraynaya bir çox sahələrdə, biz eyni zamanda milli maraqlarımıza əsaslanaraq Rusiya ilə qarşılıqlı əlaqə və dialoqu inkişaf etdiririk”, - Türkiyə prezidentinin rəsmi nümayəndəsi əlavə edib.

 Kalın vurğulayıb ki, Ankara Rusiyaya qarşı birtərəfli sanksiyalara qoşulmayıb.

"Türkiyə Rusiya və Ukrayna ilə dialoqu ən yüksək səviyyədə saxlayır və hər iki ölkə buna etimad göstərir. Bizim siyasətimiz sayəsində əvvəlcə danışıqlar prosesində, daha sonra taxıl dəhlizi məsələsində və əsirlərin mübadiləsində konkret nəticələr əldə olundu. ," deyə Kalın bildirib.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...
Məşhur aktrisadan şok iddia:

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Zəlzələ belə baş verib - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı