ABŞ Müdafiə Nazirliyi Ukraynaya 275 milyon dollarlıq yeni hərbi yardım paketinin təfərrüatlarını açıqlayıb.
Oxu24.com xəbər verir ki,Pentaqonun məlumatına görə, paketə aşağıdakılar daxildir:
yüksək mobil artilleriya raket sistemləri (HIMARS) üçün əlavə sursat;
80 min 155 mm-lik artilleriya mərmisi;
pilotsuz uçuş sistemləri ilə mübarizə üçün avadanlıq;
hava hücumundan müdafiə vasitələri;
yüksək mobil çoxməqsədli təkərli nəqliyyat vasitələri (HMMWV), təcili yardım maşınları və tibbi avadanlıqlar; təxminən 150 generator; sahə avadanlığı.
“Bu təhlükəsizlik yardımı paketi Ukraynanın döyüş meydanında müdafiə üçün səmərəli istifadə etdiyi kritik avadanlığa əlavə olaraq, hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynaya yeni imkanlar verəcək”, - deyə Pentaqon rəsmi açıqlamada bildirib.
Bayden administrasiyası dövründə ABŞ Ukraynaya 20 milyard dollar təhlükəsizlik yardımı göstərib ki, bu da fevralın 24-də Rusiyanın tammiqyaslı işğalının başlamasından bəri 19,3 milyard dollardan çoxdur.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR