İranda keçirilən etiraz aksiyalarında iştirak edən Möhsün Şekari barəsində məhkəmənin çıxardığı edam hökmü dekabrın 8-də səhər saatlarında icra olunub.
Oxu24.com BBC-yə istinadən xəbər verir ki, bu, dar ağacından asılan ilk etirazçıdır.
Bildirilib ki, məhkəmə onu “Allaha düşmənçilik etməkdə” təqsirli bilib.
Möhsün Şekari Tehranın əsas avtomobil yolunu bağlamaqda və “Bəsic” yarımhərbi dəstəsinin üzvünü bıçaqla yaralamaqda ittiham olunur.
Məlumata görə, sentyabrın 17-də başlayan etiraz aksiyalarının 11 iştirakçısı barəsində edam hökmü çıxarılıb.
HRANA (İran Hüquq Müdafiəçilərinin İnformasiya Agentliyi) bildirib ki, Tehranın hərbi-polis qüvvələri tərəfindən azı 475 aksiya iştirakçısı öldürülüb, 18 240-ı isə saxlanılıb. Məlumata görə, təhlükəsizlik qüvvələrinin 61 əməkdaşı da etirazlar zamanı ölüb.
Oxu24.com
ŞƏRHLƏR