Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78038
az

Məktubda bombaların haradan göndərildiyi məlum oldu

17:3104 Dekabr, 2022
86
  • A

İspaniyada bir çox  rəsmi idarələrə göndərilən bombaların haradan gəldiyi məlum olub.

 

Oxu24.com xəbər verir  ki, El Mundo qəzeti yazır ki, İspaniya polisi bu həftə göndərilən partlayıcı maddələrin  krallığın şimal-qərbindəki Valyadolid şəhərindən gəldiyini açıqlayıb.


Qəzetin mənbələrə istinadən verdiyi məlumata görə, İspaniya hüquq-mühafizə orqanları hələ də partlayıcı maddələr olan bağlamaları göndərən şəxsin kimliyini müəyyən edə bilməyib.

Çərşənbə günü Madriddəki Ukrayna səfirliyində partlayış baş verib.

Səfirə ünvanlanmış əldəqayırma bomba paketini səfirliyin əməkdaşı açıb.

O, sağ əlindən yüngül xəsarət alıb. İspaniya rəsmiləri hadisəni terror aktı  kimi qiymətləndirir.

Oxşar yüklər Torrexon de Ardoz şəhərindəki aviabazada və İspaniyanın silah şirkəti İnstalazada da tapılıb. İspaniya baş nazirinin təhlükəsizlik xidməti də baş nazir Pedro Sançesə ünvanlanmış belə bir bağlamaya müdaxilə edib.

Cümə axşamı ABŞ-ın Madriddəki səfirliyində partlayıcı qurğu olan bağlama ələ keçirilib.

 

Tərcümə: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makron Fransanın Fələstini nə vaxt tanıyacağını AÇIQLADI
Tramp qalib gələrsə, onu əfv edə bilər
Makron Fransanın Fələstini nə vaxt tanıyacağını açıqlayıb

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU