Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77553
az

İkimərtəbəli avtomobil ev təqdim olundu - FOTO

10:0228 Noyabr, 2022
98
DÜNYA
  • A

Çinin SAIC şirkətinin bir hissəsi olan "Maxus" brendi yaşayış sahəsi 18 kvadratmetr olan "Maxus Everest" ikimərtəbəli avtomobil evini təqdim edib.

O, SAIC-in "Hongyan" adlı kommersiya brendinin "Genlion H6" yük maşını platformasında hazırlanıb.

OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, yük maşınının birinci mərtəbəsində mətbəx-yemək otağı, hamam və qatlanan terras, ikinci mərtəbəsində isə çarpayı və divan var.
Ətraflı

Yük maşını suyun filtrasiyası və isitmə sistemləri, məişət texnikası, yeraltı istilik sistemi, proyektorlar və iki kondisionerlə təchiz olunub. Elektrik cihazlarının işinə cavabdehliyi 29 kVt/saat tutumlu litium-ion batareya daşıyır, onu günəş panellərindən və mühərrikdən doldurmaq olar.

Qeyd olunur ki, avtomobil ev IVECO tərəfindən hazırlanmış 8,7 litrlik dizel mühərriki (330 at gücü, 1400 Nm fırlanma anı), 6 diapazonlu avtomatik sürət qutusu, tam ötürmə sistemi və üç diferensial kilidlə təchiz edilib. Yanacaq çəninin standart tutumu 300 litrdir ki, bu da min kilometr məsafəyə kifayət etməlidir (əlavə ödənişlə 600 litrlik çən təklif olunur).

Yük maşınının qiyməti 2,88 milyon yuan (təxminən 687 min manat) təşkil edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan və Putindən Baş nazirə hücuma REAKSİYA 
Tbilisidə etirazlar davam edir
“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı