Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76191
az

Avropa Komissiyası gələn il üçün mümkün qaz çatışmazlığı barədə xəbərdarlıq edib

09:1310 Noyabr, 2022
74
  • A

2023-cü ildə Avropa İttifaqının (Aİ) gələn qışdan əvvəl quruma üzv dövlətlərin anbarlarını doldurmaq üçün 30 milyard kubmetr qazı olmaya bilər.

Oxu24.com  xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bəyan edib.

“Qaz anbarlarının növbəti doldurma mövsümü, bu qışın sonunda daha da çətin olacaq. Üç əsas maneə ilə qarşılaşacağıq. Birincisi, Rusiya Avropaya qaz nəqlini tamamilə kəsmək qərarına gələ bilər. İkincisi, qlobal mayeləşdirilmiş təbii qazın (LNG) tutumu boşluğu doldurmaq üçün kifayət etməyə bilər. Üçüncüsü, Asiyada artım bu əlavə LNG-nin çoxunu mənimsəyə bilər. Bu amillər nəticəsində gələn yay Avropada qaz anbarlarımızı doldurmaq üçün təxminən 30 milyard kubmetr qaz kifayət etməyə bilər”-deyə, o bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası bu riskləri həll etməyə hazırlaşır: “Çünki bugünkü seçimlərimiz 2023-cü il və sonrakı illər üçün kifayət qədər enerjimiz olub-olmamağımızı müəyyən edəcək. Amma indi hərəkətə keçməliyik”.

Avropa Komissiyasının rəhbəri bir daha vurğulayıb ki, hazırda Aİ-nin qaz anbarları qarşıdan gələn qış ərəfəsində 95% doludur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İstanbulda fabrikdə güclü yanğın oldu
Ərdoğan:
Atasının çıxışı unuduldu, hamı oğluna baxdı - Video

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Xırdabuynuzlu heyvanları oğurlayan qohumlar saxlanılıblar