Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
706
az

Ermənistan dağılır: 50 nəfər yaralı var

22:4316 Aprel, 2018
1860
DÜNYA
  • A
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda olan vətəndaşlarına xəbərdarlıq edib.

Oxu24.com  xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin müvafiq bəyanatı “Twitter”də dərc olunub. Rusiya XİN bu günlərdə Ermənistanda olan vətəndaşlarını daha diqqətli olmağa çağırıb: “İnsanların kütləvi toplaşdığı yerlərdən kənar olmaq tövsiyə edilir”.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda Serj Sarkisyanın baş nazir təyinatına qarşı çıxan etirazçılarla polis arasında qarşıdurma baş verib. İnsident nəticəsində təxminən 50 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Ermənistan Səhiyyə Nazirliyinin bu barədə məlumatında bunlar qeyd olunub: “Tibb müəssisələrinə 46 nəfər, həmçinin 6 polis əməkdaşı müraciət edib. Onların bir qismi tibbi yardım göstərildikdən sonra evə buraxılıb”.

Artıq Ermənistan Baş Prokurorluğu son günlər paytaxtdakı kütləvi iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları ilə bağlı cinayət işi açıb. Ermənistan parlamentinin deputatı Nikol Paşinyan tərəfindən təşkil edilən mitinqlər və görüşlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərini dəfələrlə pozub, vətəndaşların hərəkəti və ictimai təşkilatların normal fəaliyyəti üçün maneələr törədib. Məlumatda qeyd olunur ki, aksiya iştirakçıları ictimai və xüsusi mülkiyyətə ziyan vuraraq polis əməkdaşlarına zor tətbiq edib.

Faktla bağlı cinayət işi açılaraq Ermənistan Xüsusi İstintaq Xidmətinin icraatına verilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə qalib gəlir -CANLI/YENİLƏNİR
Tramp seçilsə, NATO-nun planını ALT-ÜST EDƏCƏK: "Gürcüstan və Ukrayna..."
Estetik klinikanın həkimi bu əməlinə görə CƏRİMƏLƏNDİ

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı