Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Avropa İttifaqı Rusiyanı çökdürəcək qərarı qəbul etdi

SON DƏQİQƏ! Avropa İttifaqı Rusiyanı çökdürəcək qərarı qəbul etdi

DÜNYA

616

31.05.2022, 08:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropa İttifaqı ölkələri Rusiya neftinin üçdə ikisinin idxalına embarqo qoyulması barədə razılığa gəliblər.

Oxu24.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyan edib.

“Rusiya neftinin Aİ-yə ixracını qadağan edən razılaşma. Bu, Rusiyanın neft idxalının üçdə ikisindən çoxunu əhatə edir və onun döyüş maşını üçün böyük maliyyə mənbəyini kəsir. Müharibəni bitirmək üçün Rusiyaya maksimum təzyiq”, - o, tviterdə yazıb.

Şarl Mişel əlavə edib ki, Avropa İttifaqı liderləri həmçinin “Sberbank”ın SWIFT-dən ayrılmasını da təsdiqləyiblər:

“Bu sanksiyalar paketinə digər sərt tədbirlər də daxildir: Rusiyanın ən böyük bankı “Sberbank”ın SWIFT-dən ayrılması, Rusiyanın daha üç dövlət yayımçısına qadağa qoyulması və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi”.

Təcili elan! İşçilər tələb olunur: Maaş 3500 azn

İyunda hava belə olacaq - XƏBƏRDARLIQ

Quru sərhədlər sabah açılır?