İnstaqramda bu da olacaq
28 Oktyabr 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1734
30.05.2022, 23:48
Artıq uzun müddətdir ki, quru sərhədləri bağlıdır və bu istiqamətdə mövcud problemin aradan qaldırılmasının vacibliyinə dəfələrlə toxunulsa da, hələ də öz həllini tapmır. Halbuki bir çox ölkələr artıq xeyli müddətdir ki, quru sərhədlərini açıb.
Ümumilikdə isə quru sərhədlərin bağlı olması yalnız ölkəmizə gələcək xarici ölkə vətəndaşlarına deyil, soydaşlarımıza da problemlər yaradır. Hətta bugünlərdə Gürcüstan tərəfi Azərbaycanla quru sərhədlərin açılması məsələsinin ikitərəfli rəsmi və işgüzar görüşlər zamanı dəfələrlə müzakirə olunduğunu, hazırda Azərbaycan Gürcüstan, İran və Rusiya ilə quru sərhədlərinin açılması ilə bağlı qərar qəbul etmədiyi bildirmişdi.
Qeyd edək ki, Gürcüstan ötən ilin iyunun 1-dən quru sərhədlərini açıb. Azərbaycanın qonşu ölkə ilə quru sərhədləri 2020-ci ilin mart ayının 14-dən bağlıdır. Ümumiyyətlə, may ayının 1-də quru sərhədlərinin açılacağı barədə məlumat yayılsa da, bu da nəticəsiz qaldı.
Qarşıdan yay turizm mövsümünün də gəldiyini nəzərə alsaq, quru sərhədlərinin açılması mühüm əhəmiyyət kəsb edir. Hazırda isə quru sərhədlərinin iyunun 1-dən açılacağı ilə bağlı fikirlər səslənir.
Ətraflı
Ad - 01:25
Doğrudanmı artıq uzun müddətdir ki, bağlı olan quru sərhədləri açılacaq?
OXU24.COM xəbər verir ki, millət vəkili Fazil Mustafa cebhe.info-ya bu haqda dəqiq məlumatının olmadığını bildirdi:
"Hər halda açılmalıdır. Əslində çoxdan açılmalı idi. Qərar versələr, qısa müddətdə açılacaq. Burada nə maraq olacaq? Dövlət özü maraqlıdır ki, ölkəyə pul gəlsin. Yaxud müəyyən məsələlər həllini tapsın. Təhlükəsizliklə də bağlı müəyyən problemlər var idi. Sağlıqla əlaqədar problem də vardı. İndi çox güman ki, bunlar yekunlaşdı, yəqin ki, açılacaq".
SON DƏQİQƏ! Putin rəsmən açıqladı: Razılığa gəliblər
01:39 / 28 Oktyabr 2026
1
01:33 / 28 Oktyabr 2026
26
00:25 / 28 Oktyabr 2026
69
00:10 / 28 Oktyabr 2026
438
23:47 / 27 Oktyabr 2026
87
23:45 / 27 Oktyabr 2026
72
23:34 / 27 Oktyabr 2026
79
23:19 / 27 Oktyabr 2026
95
23:04 / 27 Oktyabr 2026
211
22:48 / 27 Oktyabr 2026
85
22:46 / 27 Oktyabr 2026
115
22:44 / 27 Oktyabr 2026
79
22:41 / 27 Oktyabr 2026
85
22:39 / 27 Oktyabr 2026
237
22:37 / 27 Oktyabr 2026
83
22:24 / 27 Oktyabr 2026
94
22:21 / 27 Oktyabr 2026
79
22:03 / 27 Oktyabr 2026
369
21:55 / 27 Oktyabr 2026
80
21:46 / 27 Oktyabr 2026
83
21:33 / 27 Oktyabr 2026
750
21:14 / 27 Oktyabr 2026
521
21:09 / 27 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.