Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
691
az

Dünyanın ən dəhşətli silahı hazırlanır - "Duzlu bomba" nədir? (FOTOLAR)

15:4316 Aprel, 2018
1556
DÜNYA
  • A

 Çin Xalq Respublikası alimlərin və ekspertlərin "dünyanın ən dəhşətli silahı" adlandırdıqları nüvə bombasını hazırlamaqdadır.



"Duzlu bomba" adlanan bu nüvə silahı bəşəriyyətin indiyədək ərsəyə gətirdiyi silahlar arasında ən böyük dağıdıcı gücə malikdir.

Oxu24.com xarici mətbuata istinadən bildirir ki, "duzlu bomba" xüsusi radioaktiv izotopların parçalanması nəticəsində partlayış yaradan nüvə bombasıdır.

Belə bombanın hazırlanmasına tantalın radioaktiv izotoplarının şüalanmasının yüksək temperaturlaradək qızdırılaraq bölünməsi prinsipinə əsaslanır. Ağır metal olan tantal "duzlu" nüvə bombasında istifadə oluna biləcək bölünmə və parçalanma reaksiyasını təmin edə biləcək azsaylı izotoplara malikdir.

Rəsmi Pekin bəyan edib ki, tantalla bağlı sınaqlar "Çinin milli müdafiəsinin kritik strateji təminatına nail omaq məqsədi güdür".

Pekindəki Çin Elmlər Akademiyasının alimlərinin dediklərinə görə, tantalın radioaktiv izotopunun şüalanmasının qızdırılması ilə bağlı sınaqlar uğurla başa çatıb.

Tədqiqat işləri Lançjou şəhərindəki Nüvə Mərkəzində və Müasir Fizika İnstitutunda aparılıb.

"Duzlu bomba"nın hədəfə çatdırılması üçün "Dongfeng-41" qitələrarası ballistik raketindən istifadə olunması nəzərdə tutulub. Bu raketin minimal uçuş məsafəsi 12000 kilometrdir.

"Duzlu bomba"nın partlayışı çox güclü olmaqla yanaşı o, ölümcül radioatik yağıntıların çox böyük sahəsini yaranır. Həmin ərazilərdə onilliklərlə həyat mümükün deyil.


Bu arada bəlli olub ki, Çin "Çançjen CZ-5" superağır daşıyıcı raketi ilə bağlı işləri sürətləndirib.

Rəsmi Pekin bu minvalla amerikalı milyarder İlon Maskın "SpaceX" şirkətinin hazırladığı və uğurla sınadığı "Falcon Heavy" raketini üstələmək niyyətindədir.

Pekindəki Raketqayırma Texnologiyaları Elmi-Tədqiqat İnstitutunun raket texnikası laboratoriyasının rəhbəri Lyun Lihaonun dediyinə görə, CZ-5 raketi 2030-cu ilədək hazır olacaq.

140 ton yükü kosmosa çıxara biləəck bu raket vasitəsilə Çin Aya astronavt yollamaq, habelə Mars missiyasının gerçəkləşdirilməsinə başlamaq fikrindədir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi