Nazir bildirib ki, Britaniya hökuməti Mariupolda kimyəvi silahlardan istifadə ilə bağlı informasiyanı təsdiq edə bilməyib, lakin bunun doğru olduğu sübut olunarsa, buna sərt cavab verəcəklər: "Vəziyyətlə bağlı çox ikili yanaşmanın faydalı olduğunu düşünmürəm, çünki bunlar çox vacib və həssas məsələlərdir. Mən həm də düşünürəm ki, bəzi məsələlər var ki, onlar qəbuledilməzdir. Bu məsələlərdə mövqeyi aydın ortaya qoymaq vacibdir, kimyəvi silahlardan istifadəyə görə cavab olacaq və mümkün variantlar masadadır".
Nazir Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə müharibədəki fəaliyyətinə də toxunub.
"Mən sadəcə hesab edirəm ki, onlar heyrətamiz insanlardır", - nazir ukraynalı hərbçilər barədə qeyd edib.
Ceyms Heppi Rusiya qüvvələrinin Buça, Hostomel və İrpini tərk etməsindən sonrakı səhnələri dəhşətli adlandırıb.
"Bu, sadəcə olaraq ən dəhşətli insan itkisidir. Bu, rusların düşünülmüş taktikasıdır", - nazir Heppi əlavə edib.
Oxu24.com
ŞƏRHLƏR