İrana hücuma hazırlaşırlar -ŞOK
02 Noyabr 2026, 10:03
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
595
18.03.2022, 01:07
“Bəzi insanlar mənə sual verirlər ki, niyə evində bu qədər pişik saxlayırsan? Mən bilmirəm ki, həmin insanlara nə cavab verim. Çünki onların heç biri məni başa düşə bilməz. Heyvanlar insanlardan daha vəfalıdır və onlar hər bir diqqətə layiqdirlər. Çox təəssüf ki, bizim cəmiyyətdə heyvanlara qarşı münasibət birmənalı deyil. Hələ də onlar zorakılığa məruz qalırlar. Dünən xəbər saytlarında bir insanın Masya adlı pişiyinə baş daşı qoyub, onu insan qəbirstanlığında basdırması haqda məlumat oxudum. Burada pis nə var ki? Mən o pişiyin sahibini çox yaxşı başa düşürəm, buna normal baxıram. İndiyə qədər bəlkə də insan qəbirstanlığında 20-yə yaxın pişik basdırmışam. Onların yerini tək özüm bilirəm. Kimsə bilsə mənə mane ola bilər. Hətta küçədə pişik və yaxud it cəsədi tapanda onu da aparıb torpağa basdırıram. Onsuz da hamımız torpağa qarışıb gedəcəyik, heyvanlar da, biz də. Onları da basdırmaq lazımdır. Heyvanın cəsədinin zibilliyə atılmasının əleyhinəyəm. Çox istərdim ki, bizdə heyvan qəbirstanlığı olsun. Pişiklər də İslam dininə yaxın heyvanlardır. Getdiyim qəbirstanlıqlarda dəfələrlə şahidi olmuşam ki, pişik basdırırlar. Sahibi vəsiyyət edib ki, pişiyini də onunla birlikdə dəfn etsinlər. Hər zaman düşünmüşəm ki, maddi imkanın olsaydı sağ ikən özümə və ətrafımda da pişiklərimə dəfn yeri götürərdim. Mən də vəsiyyət edəcəm ki, pişiklərimi yanımda dəfn edin. İnsanlarla yanaşı dəfn olunmaqdansa elə heyvanlarla birlikdə dəfn olunardım. Çünki heyvanlardan insanlara zərər gəlməz” deyə Hicran Məmmədova bildirib.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə pişiyə baş daşı qoyulan fotolar gündəmə səbəb olub.
11:50 / 02 Noyabr 2026
1
11:30 / 02 Noyabr 2026
114
11:22 / 02 Noyabr 2026
321
11:14 / 02 Noyabr 2026
59
11:08 / 02 Noyabr 2026
51
11:05 / 02 Noyabr 2026
78
11:03 / 02 Noyabr 2026
111
10:50 / 02 Noyabr 2026
458
10:46 / 02 Noyabr 2026
115
10:39 / 02 Noyabr 2026
72
10:28 / 02 Noyabr 2026
128
10:20 / 02 Noyabr 2026
209
10:09 / 02 Noyabr 2026
964
10:03 / 02 Noyabr 2026
98
09:27 / 02 Noyabr 2026
603
09:23 / 02 Noyabr 2026
123
09:21 / 02 Noyabr 2026
95
09:20 / 02 Noyabr 2026
87
02:55 / 02 Noyabr 2026
340
01:12 / 02 Noyabr 2026
187
00:41 / 02 Noyabr 2026
289
00:26 / 02 Noyabr 2026
297
00:06 / 02 Noyabr 2026
605
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.