Tramp Maskı əfv edəcəyinə söz verdi
02 Noyabr 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1278
12.03.2022, 23:25
Sanksiyalardan milyardlarla dollar zərər görən Rusiyanın ən zəngin iş adamı Vladimir Potanin Ukraynaya müdaxilədən sonra Qərbin sanksiyalarına öz sanksiyaları ilə cavab verməyə hazırlaşan Kremlə xəbərdarlıq edib.
Metal nəhəngi Norilsk Nikelin (NILSY) rəhbəri və ən böyük səhmdarı Vladimir Potanin vurğulayıb ki, Rusiya Qərb şirkətləri və investorlarına qapını bağlasa, 1917-ci il inqilabının təlatümlü günlərinə qayıtmaq riski var.
Potanin Rusiya hökumətini aktivlərin ələ keçirilməsi ilə bağlı son dərəcə ehtiyatlı olmağa çağırıb.
Norilsk Nikel dünyanın ən böyük palladium və yüksək keyfiyyətli nikel, həmçinin əsas platin və mis istehsalçısıdır. Şirkət və onun əsas məhsulları Rusiya iqtisadiyyatını çökdürən Qərb ölkələrinin tətbiq etdiyi cəza sanksiyalarından xilas ola bilib.
Sərvətinin dörddə birini itirdi
"Bloomberg"in məlumatına görə, Rusiyanın ən zəngin milyarderi Potaninin sərvəti bu il "Norilsk Nikel"in səhmlərinin düşməsi nəticəsində sərvətinin təxminən dörddə birini itirməsinə baxmayaraq, hələ də təxminən 22,5 milyard dollar sərvəti var. London birjasında şirkətin səhmləri 90 faizdən çox dəyər itirib.
"Norilsk Nikel"in rəhbərinin yaydığı mesajda bildirilir: "Birincisi, biz onilliklər ərzində belə bir addımın nəticələrini yaşayacağıq. İkincisi, bir çox şirkətlərin Rusiyadakı fəaliyyətini dayandırmaq qərarı, mən deyərdim ki, bir qədər emosional xarakter daşıyır. Bu qərar beynəlxalq ictimaiyyətin görünməmiş təzyiqi nəticəsində qəbul edilmiş ola bilər. Ona görə də çox güman ki, bu şirkətlər geri qayıdacaqlar"./Lent.az
22:44 / 02 Noyabr 2026
10
22:27 / 02 Noyabr 2026
47
22:25 / 02 Noyabr 2026
51
22:22 / 02 Noyabr 2026
47
22:18 / 02 Noyabr 2026
54
22:09 / 02 Noyabr 2026
56
22:08 / 02 Noyabr 2026
66
22:06 / 02 Noyabr 2026
130
21:43 / 02 Noyabr 2026
1391
21:39 / 02 Noyabr 2026
101
21:38 / 02 Noyabr 2026
62
21:30 / 02 Noyabr 2026
83
21:30 / 02 Noyabr 2026
106
21:19 / 02 Noyabr 2026
81
21:13 / 02 Noyabr 2026
76
21:13 / 02 Noyabr 2026
95
21:06 / 02 Noyabr 2026
211
21:01 / 02 Noyabr 2026
97
21:00 / 02 Noyabr 2026
118
20:47 / 02 Noyabr 2026
97
20:36 / 02 Noyabr 2026
187
20:34 / 02 Noyabr 2026
133
20:26 / 02 Noyabr 2026
2070
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.