Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66600
az

Rusiya Ukraynada hərbi əməliyyatların aparılması üçün suriyalıları cəlb edir.

23:4807 Mart, 2022
333
DÜNYA
  • A

Rusiya Ukraynada hərbi əməliyyatların aparılması üçün suriyalıları cəlb edir.

OXU24.COM xəbər verir ki, bunu "The Wall Street Journal" yazır.

Məqalədə qeyd olunur ki, ABŞ tərəfinin məlumatlarına əsasən, 2015-ci ildən Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya oradan silahlılar cəlb edir və onların küçə döyüşlərində təcrübələri sayəsində Kiyevi ələ keçirməyə ümid edir.

Eyni zamanda, Suriyadan nə qədər silahlının cəlb olunması barədə dəqiq məlumat yoxdur, amma qeyd olunur ki, onlardan bəziləri artıq Rusiyadadır və münaqişəyə girməyə hazırdır.

"The Wall Street Journal" bildirir ki, məlumatlara əsasən, Rusiya altı ay müddətində "Ukraynada mühafizəçi qismində işləmək" üçün ölkədə könüllülərə 200-300 dolları təklif edib.

Bundan başqa, "Reuters" agentliyi Çeçenistan rəhbəri Ramzan Kadırova istinadən bildirir ki, Ukraynaya çeçen qüvvələri də göndərilib.

Məqalədə, həmçinin vurğulanır ki, əcnəbi silahlılar həm də Kiyev tərəfindən döyüşür. Ukrayna prezidenti Volodimir Zelenski 16 min əcnəbinin Ukrayna tərəfdən döyüşməyə hazır olduğunu bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi