"Washington Post"un köşə yazarı Camal Haşoqqinin qətlə yetirilməsi günlərlədir dünya mediasının gündəmini zəbt edib. Medianın yazdığına görə Səudiyyə ərəbistanına müxalif olan jurnalist İstanbulda konsulluqda öldürülüb və hissələrə ayrılaraq naməlum istiqamətə aparılıb.
Bu arada Türkiyə mətbuatı qətlə yetirilən jurnalistin dublyoru kimi təqdim edilən Mustafa Məhəmməd əl Mədənin Türkiyədən necə qaçdığını əks etdirən görüntüləri yayıb.
Oxu24.com haberler.com -a istinadən xəbər verir ki, Mustafa Mədəni oktyabrın 2-də səhər saatlarında İstanbula gəlib və jurnalsitin qətlinin səhərsi günü ölkəni tərk edib. Sabah qəzetinin yaydığı görüntülərə görə,Mədəni hava limanında tək olmayıb. Onun yanında jurnalistin qətlində şübhəli bilinən Saif Saad adlı daha bir şəxs olub.
Mətbuatın yazdığına görə, xarici görünüşünə görə Camal Qaşıqçıya çox bənzəyən Mustafa Məhəmməd əl Mədəni bu qətl üçün xüsusi olaraq İstanbula gəlibmiş. Mədəninin şübhəli bilinən 15 nəfərin içərisində olduğu və yüksək rütbəli polis əməkdaşı olduğu da mətbuatda yer alan yazıda qeyd edilib.
https://oxu24.com/cemiyyet/6368-rb-turist-bakdan-qzla-ok-videosunu-yayd-18-ya-qrupu-n.html" target="_blank">18+ yaş qrupu üçün |
Həmin görüntüləri təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR