Braziliyada 18 yaşlı qız səhhətindəki problemlər səbəbilə həkimə müraciət edib.
OXU24.COM xəbər verir ki, qadın hamilə olsa da, həkimlər bunu bilməyib. 18 yaşlı qadın bir müddət sonra yenidən həkimə müraciət edib. Bu zaman onun 7 aylıq hamilə olduğu müəyyən edilib. Qarnında ciddi ağrılar hiss edən qadın, uşağı vaxtından əvvəl dünaya gətirib. Əvvəlcə uşağın ölü doğulduğu güman edilib morqa göndərilsə də, sonradan onun yaşadığı məlum olub. Ananın vəziyyəti normaldır.
Uşağın vəziyyəti də yaxşıya doğru gedir. Hadisə ilə bağlı araşdırmalar başlayıb.
Oxu24.com
ŞƏRHLƏR