Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı - VİDEO

Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı - VİDEO

DÜNYA

522

08.12.2021, 19:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Böyük Millət Məclisində Daxili İşlər Nazirliyinin büdcəsinin müzakirələri zamanı deputatlar arasında dava düşüb.

Oxu24.com Trend-ə istinadən xəbər verir ki, insident Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Erkan Aydının çıxışı zamanı baş verib.

Çıxışı zamanı daxili işlər naziri Süleyman Soylu onu saxtakar adlandırıb. Yaranan mübahisə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları ilə CHP deputatları arasında yumruq davasına çevrilib.

Münaqişə ilə əlaqədar iclasa fasilə verilib.