Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya üçün şok xəbər: ABŞ Ukrayna ordusu  üçün milyonlar ayırdı

Rusiya üçün şok xəbər: ABŞ Ukrayna ordusu  üçün milyonlar ayırdı

DÜNYA

667

08.12.2021, 11:14

ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci ildə Ukraynaya 300 milyon dollar hərbi yardım göstərilməsini təsdiqləyib.

Oxu24.com  UNİAN-a istinadən xəbər verir ki, yardım Ukrayna Silahlı Qüvvələrinə çatacaq.

Qərar ABŞ-ın müdafiə büdcəsinin müzakirəsi zamanı qəbul edilib.

Birləşmiş Ştatların gələn ilki müdafiə büdcəsinin ümumi həcmi 770 milyard dollardır.

Qeyd edək ki, ABŞ-ın Ukraynaya 300 milyon dollar hərbi yardım göstərilməsi haqqında qərarı Senatda da təsdiqlənməlidir. Sənəd Birləşmiş Ştatların Prezidenti Cozef Bayden tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.