Qaynar xətt:

(+99450) 247 90 86

Britaniyalı alim daha öldürücü pandemiya riski barədə xəbərdarlıq edib

Britaniyalı alim daha öldürücü pandemiya riski barədə xəbərdarlıq edib

DÜNYA

788

06.12.2021, 22:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Növbəti pandemiya COVID-19-a nisbətən daha öldürücü ola bilər.

OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, bu barədə AstraZeneca vaksininin yaradıcılarından biri olan britaniyalı alim Sara Gilbert xəbərdarlıq edib.

"Bu, sonuncu dəfə deyil ki, virus bizim həyatımızı və mövcudluq vasitələrimizi təhdid edir. Həqiqət ondan ibarətdir ki, növbəti pandemiya daha pis ola bilər. Daha yoluxucu və daha çox öldürücü ola bilər", - deyə Sara Gilbert bildirib.

O, həmçinin koronavirusun yeni "omikron" ştamı haqqında da danışıb. Alimin sözlərinə görə, bu variantın sünbül proteini virusun yoluxuculuq qabiliyyətini artırır. Amma baş verən əlavə dəyişikliklər də var ki, bu səbəbdən istehsal olunmuş vaksinlər "omkrona" qarşı daha az effektiv ola bilər.

Gilbert koronavirusun yeni ştamına dair yetərincə informasiya əldə edilənə qədər ehtiyatlı olmağa çağırıb.