Qaynar xətt:

(+99450) 247 90 86

Gənc qız 4 uşaqlı kişi ilə qaçdı: "3 gün arvadı ilə 4 gün mənimlə olacaq" - VİDEO

Gənc qız 4 uşaqlı kişi ilə qaçdı: \\\"3 gün arvadı ilə 4 gün mənimlə olacaq\\\" - VİDEO

DÜNYA

1731

25.09.2021, 01:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə yayımlanan məşhur verilişdə qonaq olan gənc qızın dedikləri hər kəsi təəccübləndirib.

OXU24.COM  Lent.az-a istinadən məlumat verir ki, FOX TV-də yayımlanan "Fulya ilə Ümidim olsun" proqramının qonağı olan 18 yaşlı Mələk Şahinoğlunun sözləri hər kəsi şoka salıb. Evli və 4 uşaqlı pakistanlı ilə qaçan gənc qız "3 gün arvadı ilə 4 gün mənimlə olacaq" deyib.

18 yaşındakı Mələk Şahinoğlu, İstanbulda bir mübadilə məntəqəsinin sahibi olan Mustafa adlı Pakistan vətəndaşı ilə işləməyə başlayıb. Mübadilə məntəqəsinin sahibi ilə münasibət qurmağa başlayan Mələk sentyabrın 17-də evdən çıxıb və geri qayıtmayıb. Valideynləri onun qaçırıldığını düşünərək kömək üçün bu proqrama müraciət ediblər. Ailə qısa müddət öncə 18 yaşlı qızları Mələk Şahinoğlunun yoxa çıxdığını deyərək canlı yayımda kömək istəyib. Mələk tapılaraq canlı yayıma çıxıb və ailəsi ilə üzləşib.

Gənc qız 4 uşaqlı kişi ilə qaçdı: "3 gün arvadı ilə 4 gün mənimlə olacaq" - VİDEO

Şahinoğlu fikrini bu sözlərlə bitirib:

"O, 3 gün həyat yoldaşının yanına gedəcək, 4 gün də mənim yanımda olacaq".