Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58330
az

Erməni müğənni Azərbaycan mahnısı ilə qazandığı gəliri itirdi

22:3510 Sentyabr, 2021
617
  • A

Bir müddət əvvəl Xalq artisti Röya Ayxanın ifa etdiyi "Bəlkə də" mahnısı Ermənistandan olan müğənni Sargis Abrahamyan tərəfindən ifa olunub.

Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, Vətən müharibəsi dövründə erməni müğənninin oxuduğu mahnının bəstəkarı Pərviz Mahmudov müəllif hüquqları onda olduğu üçün sözügedən klip və ifanı yutubda bloklamağa nail olub. Buna baxmayaraq, oğurluq mahnı bir neçə hesabda yenidən paylaşılıb, bir illik fasilədən sonra isə Abrahamyanın yutub səhifəsində aktivləşib.

P. Mahmudov qafqazinfo-ya açıqlamasında bildirib ki, o, növbəti addım ataraq həmin paylaşımdan əldə olunan gəliri öz hesabına köçürməyi bacarıb. 

"Vətən müharibəsi zamanı bu mahnının erməni ifaçı tərəfindən oxunduğunu gördük. Daha sonra Türkiyədə əməkdaşlıq etdiyim "Mesam" şirkətinə müraciət etdim. Bütün digital platformalardan sildirdik. Lakin başqa hesablardan yayımlandı. Mahnının lisenziyası məndə olduğu üçün tam haqq tələbi göndərdim. Bundan sonra o hesabda həmin mahnı üçün toplanan baxışdan əldə olunan gəlir mənim hesabıma oturulacaq",- deyə bəstəkar əlavə edib. 

Qeyd edək ki, "Bəlkə də" mahnısı 2008-ci ildə yazılıb və 2009-cu ildə Xalq artisti Röya Ayxan tərəfindən ifa edilib. Bəstə 2010-cu ildə Türkiyədə yenidən aranjeman olunub, müğənninin ifasında bir daha səsləndirilib və milyon baxışı keçən ilk estrada mahnısı kimi qeydə alınıb.

Bəstənin sözləri isə Leyli İsrafilovaya məxsusdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan:
Atasının çıxışı unuduldu, hamı oğluna baxdı - Video

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Xırdabuynuzlu heyvanları oğurlayan qohumlar saxlanılıblar