Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQIQƏ! Ermənistandan atışma xəbəri gəldi: Yaralılar var

SON DƏQIQƏ! Ermənistandan atışma xəbəri gəldi: Yaralılar var

DÜNYA

11265

10.04.2021, 08:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ermənistanın paytaxtı Yerevanda atışma olub.
Oxu24.com xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb. Məlumata görə, hadisə “Karmir blur” qəbiristanlığında baş verib. Atışma zamanı bir neçə nəfər xəsarət alıb. Onlar Yerevanın ayrı-ayrı xəstəxanalarına yerləşdiriliblər. Xəsarət alanlar arasında həmçinin kəsilmiş-deşilmiş yaralar alanlar da var.
“Shamshyan.com” bildirib ki, atışma paytaxtda bir neçə ay əvvəl törədilmiş qətllə bağlıdır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Təhqiqatçılar ərazidə atıcı silahların xeyli sayda gilizlərini, güllə, qan izlərini aşkarlayıblar.