Kremldən NATO açıqlaması
12 Noyabr 2026, 23:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
7182
04.04.2021, 07:46
Son günlərdə Rusiya Ermənistan və Azərbaycan ilə müxtəlif sahələrdə münasibətləri intensivləşdirib.
OXU24.COM nokomment.az-a istinadən xəbər verir ki, məşhur aysor.am nəşri yazır ki, son günlər Putin Ermənistana qarşı münasibətlərdə fərqlilik sərgiləyir. Nəşrə görə Putinin bu davranışlarına səbəb Azərbaycan Prezidentinin Türkdilli Ölkələr Şurasında cəsarətli açıqlamaları ola bilər.
Rusiyanın fəallaşması həm Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri ilə dünənki görüşlərində, həm də Rusiya Baş nazirinin müavini Aleksey Overçukun İrəvana və Bakıya etdiyi səfərlərdə və Rusiya Prezidenti Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan vəarasında telefon danışıqlarında da özünü göstərdi.
Putin və Kremlin Ermənistan hökumətinə münasibətini nümayiş etdirən digər diqqətəlayiq epizod isə Putinin Paşinyan və Əliyevlə telefon danışıqlarıdır. Putin-Paşinyan telefon danışığının təşəbbüsü erməni tərəfinin təklifi ilə 26 martda baş tutub. Ehtimal olunur ki, 1 apreldəki Putin-Əliyev söhbəti isə Rusiya tərəfinin təşəbbüsüdür.
Kremlin rəsmi saytında yerləşdirilən açıqlamada iki zəng arasındakı fərqlər diqqətəlayiqdir. Baxmayaraq ki, Kreml ənənəvi olaraq Ermənistan və Azərbaycan liderləri arasındakı təmaslarda bərabərliyi qorumağa çalışırdı.
Məsələ ondadır ki, Kremlin açıqlamalarında Paşinyanla Putin arasındakı demək olar ki, bütün telefon danışıqları barədə xəbərlərdə Rusiyanın bu addımı Ermənistan tərəfinin təşəbbüsü ilə həyata keçirdiyi bildiririlir. Baxmayaraq ki, Paşinyan bu münasibətlərdən bir şey gözlədiyini vurğulayır, Kreml isə heç bir qiymət vermir. Bu Ermənistan-Rusiya münasibətlərinə diqqət çəkən bir həqiqətdir.
23:34 / 12 Noyabr 2026
19
23:24 / 12 Noyabr 2026
39
23:20 / 12 Noyabr 2026
48
23:18 / 12 Noyabr 2026
52
23:12 / 12 Noyabr 2026
54
23:03 / 12 Noyabr 2026
69
23:02 / 12 Noyabr 2026
140
22:59 / 12 Noyabr 2026
65
22:55 / 12 Noyabr 2026
78
22:49 / 12 Noyabr 2026
87
22:40 / 12 Noyabr 2026
73
22:24 / 12 Noyabr 2026
131
22:21 / 12 Noyabr 2026
84
22:13 / 12 Noyabr 2026
97
21:55 / 12 Noyabr 2026
93
21:39 / 12 Noyabr 2026
100
21:26 / 12 Noyabr 2026
1097
21:19 / 12 Noyabr 2026
111
21:04 / 12 Noyabr 2026
108
20:55 / 12 Noyabr 2026
316
20:42 / 12 Noyabr 2026
137
20:26 / 12 Noyabr 2026
146
20:14 / 12 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.