Nigerdə son anda hərbi çevrilişin qarşısı alınıb.
Metbuat.az xəbər verir ki, səhər saatlarında prezident sarayının ətrafında şiddətli silah səsləri eşidilib. Atışma zamanı ağır silahlardan da istifadə edilib. Dərhal hərəkətə keçən hüquq-mühafizə orqanları üsyançı əsgərləri zərərsizləşdirib.Vəziyyət nəzarət altına alınsa da, silah səsləri eşidilir. Bəzi üsyançı əsgərlərin axtarışları davam edir.
Bir neçə dövlət Nigerdəki hərbi çevrilişə cəhdi pisləyib. Bölgə ölkələri Niger hökumətinə dəstək təklif edib.
ŞƏRHLƏR