ABŞ-da son sutka ərzində koronavirusdan ölən xəstələrin sayı ilk dəfə 4 min həddini keçib.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə media və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat verib.
Universitetin məlumatına görə, ABŞ-da son 24 saat ərzində tibb işçiləri 4 085 ölüm və 274 703 yoluxma halı qeydə alıblar.
Universitetin məlumatına görə, ABŞ-da pandemiyanın başlanğıcından bəri 21,5 milyondan çox yoluxma aşkarlanıb, 365 mindən çox insan COVID-19 qurbanı olub.
Oxu24.com
ŞƏRHLƏR