İranda aşan avtobusda 11 nəfər ölüb, 19 nəfər yaralanıb
15 Noyabr 2026, 10:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1146
05.12.2020, 15:49
Ciyər. Xan. Ciyərxanyan.
SSRİ xalq artisti, tanınmış aktyor Armen Ciyərxanyan çox sayda (300-ə yaxın) rol ifa etmişdi. Amma böyük usta deyildi: rolları bəsit, ifası səthi. Sanki filmlərdə qeydiyyatdan keçirdi ki, “mən də buradayam”.
Qarabağ məsələsi ortaya atıldı, azərbaycanlılar əvvəlcə Ermənistandan, sonra Qarabağdan vəhşicəsinə çıxarıldılar. Ermənilər də Bakıdan, başqa şəhər və rayonlardan getməli oldular. Məhz bundan sonra Armen öz narahatlığını bildirdi. Azərbaycanlıların haqqını müdafiə etmədi. Ermənilərin Qarabağ iddiasını ortaya nahaq atdıqlarını dedi. Bunu anlamaq üçün SSRİ xalq artisti olmaq vacib deyildi…
Münaqişənin ilk illərində – ermənilər gedəndən sonra – mətbuatımızda ətürpədici faktlar dərc edilirdi: partiya, sovet orqanlarında, məhkəmə, prokurorluq və milisdə təkcə son dövrdə nə qədər erməni işləyib. Bu siyahılarda erməni arvadı almış “qoçaq”lar və erməninin doğduğu alçaqlar (alçaq deyilsənsə, atlanıb-düşmə!) yox idi.
Rəqəmlər Azərbaycanın ictimai-siyasi həyatına hayların təsirinin böyüklüyünü göstərirdi. Kölgə iqtisadiyyatında onlar az qala hökmranlıq edirdilər: müxtəlif sex və emalatxanaların, xüsusilə avtomobil təmiri və dəri məmulatları istehsalı sahələrinin tam, ya da şərikli idarəçiliyi ermənilərin maliyyə imkanlarını daim artırır və genişləndirirdi. Hamı da erməni milli təşkilatlarına – “Qarabağ” Komitəsinə, “Krunk”a vəsait ödəyirdi.
Əgər Qarabağın hüquqi zəbtinə cəhd etməsəydilər, bu gün – Qərbin bizə qarşı “demokratiya məngənələri” tətbiq edə biləcəyi şəraitdə – Azərbaycanın bütün əsas, həlledici dövlət vəzifələri onlarla əlli-əlliyə bölünəcəkdi. Deyirsən, ermənilər daha çox şey ələ keçirərdilər? Mübahisə etmirəm. Amma sən də razılaş ki, Ermənistandakı azərbaycanlıların taleyi – göyərti əkmək, ən rəhbər vəzifəsi – sinif rəhbərliyi olacaqdı.
Bunu Ciyərxanyan da anlayırdı. Odur ki, öz milləti üçün ciyəri yanırdı…
10:25 / 15 Noyabr 2026
7
10:21 / 15 Noyabr 2026
29
10:18 / 15 Noyabr 2026
33
10:12 / 15 Noyabr 2026
56
09:35 / 15 Noyabr 2026
268
07:35 / 15 Noyabr 2026
100
05:50 / 15 Noyabr 2026
115
01:35 / 15 Noyabr 2026
135
01:10 / 15 Noyabr 2026
145
23:59 / 14 Noyabr 2026
342
23:51 / 14 Noyabr 2026
190
23:47 / 14 Noyabr 2026
203
23:33 / 14 Noyabr 2026
170
23:23 / 14 Noyabr 2026
502
23:16 / 14 Noyabr 2026
167
23:05 / 14 Noyabr 2026
701
23:01 / 14 Noyabr 2026
533
22:28 / 14 Noyabr 2026
1365
22:19 / 14 Noyabr 2026
173
21:55 / 14 Noyabr 2026
177
21:32 / 14 Noyabr 2026
198
21:22 / 14 Noyabr 2026
279
21:11 / 14 Noyabr 2026
1177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.