Qaynar xətt:

(+99450) 247 90 86

İraqda İŞİD terrorçuları yaxalanıb

İraqda İŞİD terrorçuları yaxalanıb

DÜNYA

697

04.12.2020, 08:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
İraqın təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Kərkük əyalətində terrorçuluğa qarşı əməliyyatların gedişatında İŞİD-in beş terrorçusunu yaxalayıblar.
Oxu24.com -un məlumatına görə, bu barədə Kərkükün Polis Departamentinin rəisi Əli Kamal "Anadolu" agentliyinə bildirib. Polis rəisinini sözlərinə görə, əməliyyatlar eyni zamanda iki ünvanda həyata keçirilib.
O, qeyd edib ki, İŞİD-in dörd terrorçusu Kərkükün mərkəzində, daha bir silahlı isə Dakuk ərazisində tutulub. Polis daxil olmuş informasiyanı təhlil edib və reydlər aparıb. Əli Kamalın sözlərinə görə, terrorçular ilkin dindirmələrdən sonra məhkəməyə aparılıb.