Azərbaycanlıların olduğu tankerə dron hücumu olub
15 Noyabr 2026, 14:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
709
30.11.2020, 11:44
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən APA-ya verilən məlumata görə, əməliyyat zamanı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 234.4.3-cü (külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama), həmçinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə istintaqdan yayındğı üçün axtarışda olan Bərdə rayon sakini Nicat Əliyev tutulub.
17-ci Polis Şöbəsində üzərinə baxış keçirilən zamanı Nicat Əliyevdən ümumi çəkisi 47,102 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə kokain, 247,540 qram psixotrop maddə olan metamfetamin, 386 ədəd çəkisi 66 qram olan ekstazi həbləri və 17 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Nicat Əliyev ifadəsində şəxsiyyəti məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib. Aşkar edilən narkotik vasitələrin bükümlərə ayrılaraq qablaşdırılması bir daha saxlanılan şəxsin onların satışı ilə məşğul olduğunu deməyə əsas verir.
Faktla bağlı 17-ci Polis Şöbəsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Nicat Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əldə edilən narkotik vasitələrin mənbəyinin və ölkəmizə gətirilmə yollarının aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.




14:19 / 15 Noyabr 2026
1
14:02 / 15 Noyabr 2026
122
13:27 / 15 Noyabr 2026
165
12:55 / 15 Noyabr 2026
972
12:36 / 15 Noyabr 2026
272
12:28 / 15 Noyabr 2026
119
12:11 / 15 Noyabr 2026
117
11:52 / 15 Noyabr 2026
169
11:43 / 15 Noyabr 2026
109
11:29 / 15 Noyabr 2026
124
11:20 / 15 Noyabr 2026
114
11:20 / 15 Noyabr 2026
121
11:10 / 15 Noyabr 2026
115
11:07 / 15 Noyabr 2026
690
10:50 / 15 Noyabr 2026
122
10:25 / 15 Noyabr 2026
275
10:21 / 15 Noyabr 2026
118
10:18 / 15 Noyabr 2026
112
10:12 / 15 Noyabr 2026
143
09:35 / 15 Noyabr 2026
529
07:35 / 15 Noyabr 2026
244
05:50 / 15 Noyabr 2026
159
01:35 / 15 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.