“Müharibənin 44 günü ərzində ölkəni dərin böhrana qərq edən yalanlar yayılırdı. Məlumat mərkəzinin vəzifələrindən biri də düşməni yayındırmaq idi. Ancaq bir standart var - daxili məlumatların 30%-dən çoxu yalandan ibarət olmamalıdır.
Ermənistanda isə yalan 100% idi. Buna görə insanlar və ordu arasında çoxsaylı suallar ortaya çıxdı. Buradan da ziddiyyətli fikirlər və məlumatlar doğdu”.
Publika.az xəbər verir ki, bu sözləri Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəhbəri, general-polkovnik Movses Akopyan deyib.
Qeyd edək ki, Akopyan 18 noyabrda Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin rəisi vəzifəsindən istefa etdiyini açıqlayıb.
M.Akopyan həm də Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejiminin müdafiə ordusunun komandanı, Ermənistan silahlı qüvvələri baş qərargahının rəis müavini idi.
Oxu24.com
ŞƏRHLƏR