Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41770
az

Qarabağda məğlubiyyətə görə Ermənistan ordusunda həbslər başlayıb

21:2616 Noyabr, 2020
438
DÜNYA
  • A

Qarabağda məğlubiyyətə görə Ermənistan ordusunda həbslər başlayıb.

Oxu24.com -un  “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin (MN) İtkin düşmüş və əsir götürülmüş şəxslərlə iş üzrə komitəsinin sədri polkovnik Vitali Voskanyan bildirib. 

Onun sözlərinə görə, Qarabağda döyüşlərdə erməni hərbi qulluqçularının ölümünə səbəb olan zabitlər arasında həbs olunanlar var: “Günahsız yerə hərbçilərin ölümünə səbəb olan hərəkətlərdə iştirak edən hər kəs qanunun sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var”.

Ermənistan MN-in rəsmisi qeyd edib ki, Cəbrayıl istiqamətində hərbi hissənin zabitləri barəsində cinayət işi başlanılıb, cinayət işi çərçivəsində kifayət qədər dəlillər toplanıb.

O, bəzi şəxslərə qarşı cinayət işinin başladıldığını və bu şəxslərin bəzilərinin əməllərində cinayət tərkibinin olduğunu vurğulayıb: “Topladığımız bütün materiallar İstintaq komitəsinə göndəriləcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var
İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı