KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
418
11.11.2020, 10:32
Ermənistan hələ indi təslimçilik və "ağrılı güzəştlər" arasında düşünməyə başlayıb.
Publika.az xəbər verir ki, İrəvan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı atəşkəs razılaşmasını sensasiya adlandırır.
Razılaşma paytaxtda fırtınaya səbəb olub. Erməni xalqı 24 saatdır ki, şok vəziyyətindədir. Qarabağdakı əhəmiyyətli ərazilərin işğaldan azad edilməsi, ən əsası Şuşanın azadlığı, üstəgəl, nəhəng insan itkiləri Ermənistanın xəyal etdiyi sonluq deyildi.
Ermənistanda ictimai rəy indi son dərəcə qütblüdür - bəziləri hazırkı baş naziri günahkar hesab edir, onu milli maraqlara xəyanət etməkdə günahlandırır. Bəziləri isə keçmiş hökuməti əhali və ordunu aldatmaqda ittiham edir.
Bildirilir ki, müharibə başlayanda hakimiyyət qalib gəlməyin mümkün olacağına ümid edirdi. Lakin bu baş vermədi və sonda Ermənistan ağır kapitulyasiyaya uğradı.
Baş nazir Nikol Paşinyan öz növbəsində müharibənin qaçılmaz olduğunu bildirir və məğlubiyyəti zəif ordu ilə əlaqələndirir.
Erməni siyasi analitik Viqen Hakobyan isə Madrid prinsiplərinin lap əvvəldən masada olduğunu və sülh yolu həllin müharibədən əvvəl mövcud olduğunu qeyd edir. Onun sözlərinə görə, sülh yolu ilə həll prinsipləri kapitulyasiyadan daha yüngül nəticələr doğura bilərdi.
Qeyd edək ki, Rusiya, Ermənistan və Azərbaycanın liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul edib. Rusiya Federasiyası Prezidentinin verdiyi açıqlamaya görə, Dağlıq Qarabağda tam atəşkəs 10 noyabrda qüvvəyə minib. Erməni tərəfi bir sıra ərazini sülh yolu ilə işğaldan azad etməyə məcbur edildi. Beləliklə, Kəlbəcər rayonu 15 noyabr, Ağdam rayonu 20 noyabr, Laçın rayonu 1 dekabr tarixinə qədər Azərbaycana təhvil verilməlidir. Döyüşlər zamanı işğaldan azad olunmuş bütün ərazilər Azərbaycanın ərazi bütövlüyünə daxil edilir.
Bununla yanaşı, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və eyni zamanda, Şuşaya toxunmayacaq Laçın dəhlizi (5 km enində) Rusiya sülhməramlılarının nəzarəti altında qalır. Rusiyadan gələn kontingent də Qarabağdakı təmas xətti boyunca yerləşdiriləcək.
Sülhməramlı kontingentin yerləşdirilməsi 5 il müddətinə nəzərdə tutulub. Razılığa əsasən, sülhməramlıların mandatının daha da uzadılması yalnız münaqişə tərəflərinin razılığı ilə mümkündür. Nəzəri olaraq, Azərbaycan 5 ildən sonra rus ordusunun geri çəkilməsini tələb edə bilər.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.